Sosial şəbəkədə biz:

Türkmənistan Xəzərin statusu haqda Konvensiyanı ratifikasiya etdi

02 December 2018, 11:41
Gündəm
Türkmənistan parlamenti Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanı təsdiq edib. Virtualaz.org xəbər verir ki, bu barədə Türkmıənistanın TDH dövlət xəbər agentliyi məlumat yayıb. Eyni zamanda, Məclisin iclasında Xəzəryanı dövlətlər arasında imzalanmış ticari-iqtisadi, nəqliyyat və Xəzərdə hadisələrin qarşısının alınması barədə sazişlər təsdiq olunub. Xatırladaq ki, Xəzərin hüquqi statusu haqqında Konvensiya avqustun 12-də Aktauda beş Xəzəryanı dövlətin – Azərbaycanın, İranın, Qazaxıstanın, Rusiyanın və Türkmənistanın prezidentləri tərəfindən imzalanıb.