Sosial şəbəkədə biz:

Dünyanın ən nüfuzlu pasportu məlum oldu

02 December 2018, 12:54
Gündəm
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) pasportu dünyanın ən nüfuzlu pasportudur. Belə ki, “Passport index”in açıqladığı reytinqə əsasən, BƏƏ vətəndaşları viza almadan dünyanın 167 ölkəsinə səyahət edə bilərlər. BƏƏ-nin vitse-prezidenti və baş naziri, Dubayın əmiri Şeyx Məhəmməd bin Rəşid Al Maktum “Twitter” hesabında yazıb: “Dünya öz qapılarını BƏƏ xalqının üzünə açır”. (Azvision.az)