Sosial şəbəkədə biz:

Ermənistanda hərbi təyyarə qəzaya düşdü - 2 pilot öldü +Yenilənib

04 December 2018, 15:25
Gündəm
Ermənistanda təlim zamanı Su-25 hücum təyyarəsi yoxa çıxıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb. Təyyarə Gümrü aeroportundan uçuş həyata keçirib. Hazırda axtarış-xilasetmə işləri aparılır. Nazirliyin məlumatına görə, ekipaj iki nəfərdən ibarət olub. *** Gümrü səmasında yoxa çıxan qırıcı təyyarənin qalıqları aşkarlanıb. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsrun Ovannisyan feysbuk hesabında yazıb. O bildirib ki, qəzada pilotlar – polkovnik leytenant Armen Babayan və mayor Movses Manukyan dünyasını dəyişib.