Sosial şəbəkədə biz:

Oqtay Şirəliyev əmr verdi YENİ QURUM YARADILDI

05 December 2018, 16:34
Gündəm
Səhiyyə naziri Oqtay Şirəliyev Səhiyyə Nazirliyi yanında İctimai Şuraya seçkilərin təşkili üzrə Seçki Komissiyasının yaradılmasına dair Əmr imzalayıb.
Əmrdə Səhiyyə Nazirliyi yanında İctimai Şuraya seçkilərin təşkili üzrə komissiyanın tərkibi təsdiqlənib.
Sənəddə, Seçki Komissiyasına İctimai Şuraya namizədlərin irəli sürülməsi və qeydiyyatının “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”nin tələblərinə uyğun olaraq həyata keçirilməsi, İctimai Şuranın say həddinin müəyyən edilməsi kimi tapşırıqlar verilib.