Sosial şəbəkədə biz:

Prezidentlərin qeyri-rəsmi zirvə görüşündən maraqlı anlar - İlham Əliyev dünya liderləri ilə bir arada+ FOTOLAR

07 December 2018, 09:40
Gündəm
Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə MDB dövlət başçılarının qeyri-rəsmi zirvə görüşündə iştirak etmək üçün Rusiyada işgüzar səfərdədir. MDB dövlət başçılarının qeyri-rəsmi zirvə görüşündən sonra dövlət başçıları Sankt-Peterburq Dövlət Akademik Mariinski Teatrında Pyotr Çaykovskinin "Şelkunçik” baletinə baxıblar. Azərbaycan və Rusiya prezidentləri ilə birlikdə Mariinski teatra digər MDB ölkələrinin liderləri-Belarus prezidenti Aleksandr Lukaşenko, Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Qırğızıstan prezidenti Sooronbay Jeenbekov, Moldova prezidenti İqor Dodon, Türkmənistan prezidenti Qurbanqulu Berdımuhammedovvə Özbəkistan prezidenti Şavkat Mirziyoyev də gəlib.