Sosial şəbəkədə biz:

Xocahəsəndə baş vermiş avtobus qəzasının görüntüləri yayılıb - VİDEO

08 December 2018, 10:59
Gündəm
Ötən gecə Xocahəsəndə baş vermiş dəhşətli avtobus qəzasının görüntüləri yayılıb. Xəbər verdiyimiz kimi, 119 saylı xətt marşrutu üzrə hərəkətdə olan 10-TG-174 dövlət qeydiyyat nişanlı avtobusun aşması nəticəsində 9 nəfər yaralanıb. Onlardan 7-si 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirib. Daha sonra həmin şəxslərdən 6 nəfəri yüngül xəsarətlər aldığından öz xahişləri ilə ambulator müalicəyə göndəriliblər, yaralılardan 1 nəfər qadın - Hüseynova Mehriban Tağı qızının isə vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib. BNA-nın yaydığı məlumata görə, qəzaya ilkin səbəb minik avtomobilinin qəfildən avtobusun qarşısına çıxması olub. Hadisənin dəqiq başvermə səbəbi müvafiq qurumların araşdırmasından sonra məlum olacağı bildirilib.