Sosial şəbəkədə biz:

"OPEC-in qərarı neft bazarını sabitləşdirəcək" – Ekspert

08 December 2018, 16:56
Gündəm
"OPEC-in neft hasilatını azaltmaqla bağlı qərarı qiymətlərin sabitləşməsinə müəyyən təsir göstərəcək, ən azından, son aylarda olduğu kimi, onların daha da aşağı düşməsinin qarşısını alacaq". Bunu report-a müsahibəsində "Thomson Reuters" şirkətinin neft bazarları üzrə redaktoru Qleb Qorodyankin deyib. Bununla yanaşı, o qeyd edib ki, hasilatı eyni saxlayan OPEC+ ölkələri ilə istehsalı kəskin artıran ABŞ arasında ziddiyyətlər yenə də qalmaqdadır: "ABŞ hasilatı necə artırırdısa, elə də artırmağa davam edəcək. Yəni OPEC-in bazardan çıxaracağı barelləri ABŞ-ın şist nefti əvəzləyəcək". Qeyd edək ki, dekabrın 7-də Vyanada Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) üzvləri 2019-cu ildə gündəlik hasilatı 2018-ci ilin oktybar ayına nisbətən 1,2 milyon barel azaltmaq barədə razılığa gəliblər. Bunun gündəlik, təxminən, 800 min bareli OPEC, 400 min bareli isə qeyri-OPEC ölkələrinin payına düşəcək.