Sosial şəbəkədə biz:

Gəncədə məktəb direktoru icra başçısının müavini təyin edilib - FOTO

10 December 2018, 14:53
Gündəm
Gəncə Şəhər İcra Hakimiyyətində (İH) yeni təyinat olub. "Report"un Qərb bürosunun məlumatına görə, Vəfa Nizami qızı Abbasova İcra Hakimiyyəti başçısının müavini - İH-nin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsinə təyin olunub. Qeyd edək ki, V.Abbasova bundan öncə Gəncə şəhər Cəfər Cabbarlı adına 6 saylı tam orta məktəbin direktoru vəzifəsində çalışıb.