Sosial şəbəkədə biz:

Afaq Aslan Lotu Quliyə görə əsəbiləşdi: "Əgər mən susuramsa..."

12 December 2018, 11:11
Gündəm
Qalmaqallı müğənni Afaq Aslan Rusiya mediasına xəbərdarlıq  edib. UlduzumSan.Az xəbər verir ki, Afaq Rusiya mediasının onun kriminal avtoritet "Lotu Quli" ləqəbli Nadir Səlifovla sevgili olmasına dair xəbərlər yazmasına etiraz edib. O, həqiqəti əks etdirməyən xəbərləri dərc edən xarici KİV-ləri məhkəməyə verəcəyini bildirib. "Mənim haqqımda yalan xəbərlər yazdığınız üçün hamınız qanun qarşısında cavab verəcəksiniz. Əgər mən susuramsa, bu o demək deyil ki, siz ağlınıza nə gəldi yaza bilərsiniz" , -deyə müğənni əlavə edib. Qeyd edək ki, artıq uzun müddətdir mediada Afaq Aslanın kriminal avtoritetlə sevgili olduğu deyilir.//A24.Az ​VİDEO BURADA​​​