Sosial şəbəkədə biz:

Naxçıvanda Baş nazirin sabiq müavinin intihar etməsi xəbəri yalan çıxdı - ÖZƏL

12 December 2018, 11:30
Gündəm
Bəzi elektron KİV-lər Naxçıvan Muxtar Respublikası baş nazirinin sabiq  birinci müavini Asəf Məmmədovun  intihar etdiyi ilə bağlı xəbər yayıb. Həmin məlumatda bildirilir ki,  Asəf Məmmədov dekabrın 7 -də mənzilində  özünü asaraq həyatına son qoyub.  Azinforum.az Naxçıvandakı çox mötəbər mənbələrdən dəqiqləşdirib ki, yayılan xəbər həqiqəti əks etdirmir: "Naxçıvan  elə bir yerdi ki, burada kiminsə öldüyünü gizlətmək mümkün deyil. Ələxsus da tanınmış, uzun müddət yüksək postda işləmiş bir adamın nəinki intihar etməsi, hətta dünyasını dəyişməsi ilə bağlı xəbər belə sadə əhali arasında sürətlə yayılır. Bu baxımdan da, bir müddət əvvəl işindən azad edilən məmur nəinki intihar edib, o,  heç dünyasını belə dəyişməyib və hal-hazırda yaşayır". Azinforum.az