Sosial şəbəkədə biz:

Ankarada sürət qatarı qəzaya uğrayıb - Ölənlər və yaralananlar var (FOTO)

13 December 2018, 09:49
Gündəm
Ankara-Konya marşrutu üzrə hərəkət edən yüksək sürətli qatarın üst keçidə çırpılması nəticəsində çoxlu sayda sərnişin yaralanıb. “Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, hadisə Ankaranın Yeniməhəllə rayonunun Marşandiz dəmiryol stansiyasında olub. Qəza nəticəsində iki vaqon aşıb. Yaralılar bölgədəki xəstəxanalara yerləşdiriliblər.