Sosial şəbəkədə biz:

Nazirdən ƏMR: Bakıda 10 TSEK LƏĞV EDİLDİ

13 December 2018, 11:45
Gündəm
Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayev Bakı şəhəri üzrə 10 tibbi-sosial ekspert komissiyalarının (TSEK) ləğv edilməsi ilə bağlı əmr imzalayıb.  Unikal.org-un əldə etdiyi məlumata görə, nazirin digər müvafiq əmri ilə Bakı şəhəri üzrə 10 tibbi-sosial ekspert komissiyaları (TSEK) bundan sonra 5 tibbi-sosial ekspert komissiyası kimi fəaliyyət göstərəcək. Səbail, Yasamal, Nəsimi, Binəqədi, Qaradağ, Nizami, Xətai, Nərimanov, Xəzər, Pirallahı, Suraxanı, Sabunçu. Qeyd edək ki, sözügedən xəbəri Unikal.org-a Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin mətbuat katibi Fazil Talıblı təsdiqləyib.