Sosial şəbəkədə biz:

Azərbaycanda OLAY: 15 yaşlı qız qaçırıldı

13 December 2018, 11:46
Gündəm
Bərdə rayonunda 15 yaşlı qız evlənmək məqsədi ilə qaçırılıb. Azinforum.az  Report-a istinadən xəbər verir ki, hadisə rayonun Şorəlli kəndində baş verib. Belə ki, kənd sakini 2003-ci il təvəllüdlü Ş.H. həmyerlisi İsmayılov Habil Eyvaz oğlu tərəfindən evlənmək məqsədilə qaçırılıb. Hadisədən xəbər tutan qızın valideynləri dərhal polisə məlumat veriblər. Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları 8-ci sinif şagirdini qaçırmaqda şübhəli bilinən H.İsmayılovun saxlanılması üçün əməliyyat axtarış tədbirlərinə başlayıb. Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.