Sosial şəbəkədə biz:

Bakıda Lavrovla Çavuşoğlunun görüşü başlayıb

14 December 2018, 11:10
Gündəm
Bakıda keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QİƏT) Xarici İşlər Nazirləri Şurasının 39-cu iclası çərçivəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrovla türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında görüşü başlayıb. Azvision.az "TASS"-a istinadən xəbər verir ki, görüş bağlı qapılar arxasında davam etdirilir. Gözlənilir ki, nazirlər Suriyadakı vəziyyəti müzakirə edəcəklər.