Sosial şəbəkədə biz:

Qurban Qurbanov ilin məşqçisi seçildi

14 December 2018, 22:53
Gündəm
Azərbaycanda 2018-ci ilin ən yaxşı məşqçisinin adına aydınlıq gəlib. Belə ki, Komanda.az idman saytının jurnalistlər arasında keçirdiyi ənənəvi sorğuda “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov qalib olub. Səsvermədə 59 mətbuat orqanından (1-i müstəqil jurnalist) 63 jurnalist iştirak edib. 49 səs toplayan Qurban Qurbanov 9-cu dəfə ilin ən yaxşı məşqçisi seçilib. 46 yaşlı mütəxəssis demək olar ki, yekdilliklə bu mükafata layiq görülüb. Sorğuda iştirak edənlərdən 5-i Vüqar Məmmədə, 3-ü Yuri Maksimova, 3-ü Roberto Bordinə, 3-ü isə Tərlan Əhmədova səs verib. Qurban Qurbanov 2018-ci ildə “Qarabağ”a ardıcıl 5-ci dəfə Azərbaycan çempionluğunu qazandırıb. Bundan başqa, “Qarabağ” Avropa Liqasının qrup mərhələsinə vəsiqə əldə edib. Bu il Azərbaycanı avrokubokların qrup mərhələsində təmsil edən yeganə klub “Qarabağ” olub. Bu da Qurbanovun ilin məşqçisi seçilməsində həlledici amillərdən biridir. Qurban Qurbanova ilin məşqçisi mükafatı dekabrın 17-də təqdim olunacaq. Tədbir "Fairmont otel"in (“Üç alov qülləsi”) Səttar Bəhlulzadə zalında keçiriləcək və saat 15.30-da başlayacaq. Səslərin sayı Qurban Qurbanov (Qarabağ) - 49 Vüqar Məmməd (U-19) - 5 Roberto Bordin (Neftçi) - 3 Yuri Maksimov (Keşlə) - 3 Tərlan Əhmədov (Neftçi/Keşlə) - 3 Kim kimə səs verib? İdman saytları 1. İlkin Baba (“Premyer.az”) - Qurban Qurbanov 2. Vüsal Mahmudov (“Futbolinfo.az”) - Qurban Qurbanov 3. Ceyhun Əliyev (“Sport24.az”) - Qurban Qurbanov 4. Saleh Arslan (“Korner.az”) - Qurban Qurbanov 5. Pərvin Kazımoğlu (“Fanat.az”) - Qurban Qurbanov 6. Kənan Məstəliyev (“Rekord.az”) - Qurban Qurbanov 7. Rüfət Nadirli (“Sportarena.az”) - Qurban Qurbanov 8. Xanoğlan İmanov (“Stadium.az”) - Qurban Qurbanov 9. Ceyhun Əzizli (“Aut.az”) - Qurban Qurbanov 10. İlkin Vaqifoğlu (“Sportinfo.az”) - Qurban Qurbanov 11. Mirələm Həsənli (“Sportlife.az”) - Qurban Qurbanov 12. Mərdan Həsənov (“Newsport.az”) - Qurban Qurbanov 13. Kamran Hacı (“Allsport.az”) - Tərlan Əhmədov 14. İxtiyar Əsgərov (“Matç.az”) - Qurban Qurbanov 15. Elşən Məmmədov (“Sportnet.az”) - Qurban Qurbanov 16. Amal Abuşov (“Sport7.az”) - Qurban Qurbanov 17. İbrahim Cəfərov (“Futbolxeber.az”) - Roberto Bordin 18. Araz Əhmədov (“Sportfm.az”) - Yuri Maksimov 19. Ruslan Mikayıllı (“Azerisport.com”) - Qurban Qurbanov 20. Əli Həyati (“Futbolmedia.az”) - Qurban Qurbanov 21. Zeynəb Əlizadə (“Goal.az”) - Vüqar Məmməd 22. Aydın Bağırov (“Qol.az”) - Qurban Qurbanov 23. Vüsal Məmmədzadə (“Sportline.az”) - Qurban Qurbanov 24. Ürfan Məmmədli (“Cempion.az”) - Qurban Qurbanov 25. Səxavət Qurbanov (“İdmanxeber.com”) - Qurban Qurbanov 26. Şahin Oğuz (“Sportal.az”) - Qurban Qurbanov 27. Seymur Teymurov (“Offsideplus.az”) - Roberto Bordin 28. Faiq Tahirov (“Futbolpress.az”) - Qurban Qurbanov 29. Anar Cəfərsoy (“Supersport.az”) - Qurban Qurbanov 30. İlkin Vidadioğlu (“Sportmedia.az”) - Qurban Qurbanov 31. Fərəc Aslanov (“Olimpsport.az”) - Qurban Qurbanov 32. Çingiz Abbasov (“Futbol11.az”) - Qurban Qurbanov 33. PFL.az - Qurban Qurbanov 34. Anar Şabanoğlu (müstəqil jurnalist) - Qurban Qurbanov İdman qəzetləri 1. Mahir Rüstəmli (“Futbol+”) - Qurban Qurbanov 2. İlqar Tağıyev (“Het-trik news”) - Vüqar Məmməd 3. Qabil Mehdiyev (“İdman”) - Tərlan Əhmədov Televiziya 1. Ceyhun Rzayev (“Xəzər” TV) - Qurban Qurbanov 2. Tural Dadaşov (İTV) - Qurban Qurbanov 3. Şəmsəddin Abbasov (“CBC Sport”) - Yuri Maksimov 4. Tural Xudiyev (“Space” TV) - Qurban Qurbanov 5. Fərid Ramazanov (“İdman Azərbaycan”) - Qurban Qurbanov 6. Mehman Rəsulov (“Real” TV) - Qurban Qurbanov 7. Sənan Şəfizadə (ATV) - Qurban Qurbanov İctimai-siyasi mətbuat 1. Pərviz Hikmət (“Publika.az”) - Qurban Qurbanov 2. İlham Quliyev (“Kaspi” qəzeti) - Qurban Qurbanov 3. Aygün İlqarqızı (“Unikal.org”) - Roberto Bordin 4. Səbuhi Musayev (“Oxu.az”) - Qurban Qurbanov 5. Şamo Quliyev (“Report.az”) - Qurban Qurbanov 6. Emin Səfərov (“Yeniçağ.az”) - Vüqar Məmməd 7. Məhəmməd Türkmən (“Minval.info”) - Qurban Qurbanov 8. Ceyhun Məmmədov (“Şərq qapısı”) - Qurban Qurbanov 9. Elçin Cəfərov (“Azərbaycan”) - Qurban Qurbanov 10. Təranə Xudabaxşıyeva (“Sputnik” Azərbaycan Agentliyi) - Tərlan Əhmədov 11. Zahir Əzəmət (“Qaynarinfo.az”) - Vüqar Məmməd 12. Elsevər Məmmədov (“Qafqazinfo.az”) - Qurban Qurbanov 13. Elmir Əliyev (“Haqqin.az”) - Yuri Maksimov 14. Azər Hüseynbala (“Reyting.az”) - Qurban Qurbanov Komanda.az 1. Rəşad Ergün - Qurban Qurbanov 2. Aygül Qarayeva - Qurban Qurbanov 3. Şahin Cəfərov - Qurban Qurbanov 4. Pərviz Eltürk - Qurban Qurbanov 5. Vüsal Qəmbərov - Vüqar Məmməd