Sosial şəbəkədə biz:

“Metropark”da kütləvi zəhərlənmə

12 April 2015, 16:46
Gündəm
Bakıda böyük ticarət mərkəzlərindən birində kütləvi zəhərlənmə olub. Qafqazinfo” xəbər verir ki, Nərimanov Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə aprelin 12-də “Metropark” Ticarət Mərkəzində qeydə alınıb. Ticarət Mərkəzinin qarajında qonşu binalardan birinə məxsus havalandırma xəttindən dəm qazının sızması nəticəsində qarajda olan 20-dən artıq şəxs zəhərlənib. 15-dən çox şəxs təcili yardım maşınları ilə xəstəxanalara aparılıb. Digər şəxslərə yerində yardım göstərilib.