Sosial şəbəkədə biz:

Ulvira Qarayevanın televiziya kanalında kütləvi istefa - "Qeyri-insani rəftarı, təhqir və..."

17 December 2018, 11:05
Gündəm
CVN internet televiziyasının səkkiz əməkdaşı işdən ayrılıb Bu barədə televiziyanın əməkdaşı Günel Xəzəl sosial şəbəkə hesabında paylaşıb. O bildirib ki, baş prodüserin əməkdaşlarla qeyri-insani rəftarı onları cana doydurub: “Dünən CVN (Cavan) televiziyasının mən də daxil olmaqla, səkkiz əməkdaşı efiri yarımçıq qoyaraq, işi tərk edib. Buna səbəb baş prodüser Ülvira Qarayevanın işçilərlə qeyri-insani rəftarı, təhqir və şəxsiyyəti alçaltması olub”. Kanalın əməkdaşı bildirib ki, oxşar səbəblərə görə bundan əvvəl də bir neçə tanınmış jurnalist işini tərk edib.