Sosial şəbəkədə biz:

Azərbaycanlı futbolçuya 1 milyonluq təklif

19 December 2018, 12:11
Gündəm
“Qafqazinfo” xəbər verir ki, Moskva klubu mövsümə uğurlu başlayan Azərbaycan əsilli futbolçunu transfer hədəfinə alıb. "Spartak" bu keçid üçün 1 milyon avroluq təklif göndərib. Bu barədə Rusiya mətbuatı məlumat yayıb. Qeyd edək ki, Rusiyanın aşağı yaş qruplarından ibarət milli komandalarında çıxış etmiş Ayaz Quliyev yayda "Spartak"dan "Rostov"a 500 min avro qarşılığında keçmişdi. Onun müqaviləsi 2022-ci ilə kimidir.