Sosial şəbəkədə biz:

Bakıda Rusiya XİN-in İnstitutunun filialı açılacaq

20 December 2018, 20:24
Gündəm
Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) Bakıda və Daşkənddə filialları açılacaq. Azvision.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib. XİN rəhbəri hazırda bu istiqamətdə hazırlıq işlərinin aparıldığını deyib. Lavrov hesab edir ki, MDBMİ-nin filiallarının yaradılması Rusiyanın MDB məkanında humanitar əlaqələrinin genişlənməsinə kömək edəcək.