Sosial şəbəkədə biz:

Xərçənglə mübarizə aparan "Toppuş bacı"dan üzücü xəbər: "Dualarınızı əskik etməyin"

24 December 2018, 16:57
Gündəm
Xəbər verdiyimiz kimi, əməkdar artist Tünzalə Əliyeva xərçəngdən əziyyət çəkir. BiG.AZ xəbər verir ki, aktrisa 3 aydan sonra yenidən müayinə üçün Milli Onkologiya Mərkəzinə yollanıb: "Əzizlərim, bu gün ilk müayinə günümdür. 3 ay sonra yenə Milli Onkologiya Mərkəzinin dəyərli və çox savadlı həkimlərinin yanına gəlmişəm. Dualarınızı əskik etməyin. Cavabları mütləq sizə də çatdırağacam. Sadəcə sizin dularınıza çox ehtiyacım var. Allah köməyiniz olsun, amin"