Sosial şəbəkədə biz:

“28 May” stansiyasının girişi niyə bağlandı? - Açıqlama

24 December 2018, 21:02
Gündəm
Bu gün axşam saatlarında metronun "28 May" stansiyasında sıxlıq müşahidə edilib. Sərnişinlərin təhlükəsizliyini təmin etmək məqsədilə stansiyanın əsas girişi müvəqqəti bağlanıb.
"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumatı təsdiqləyib.
Bildirib ki, metroda pik saatda sıxlıq yaranıb, qaydalara uyğun olaraq stansiyanın əsas girişi saat 19:00-da 5 dəqiqəlik bağlanıb. "Sərnişin sıxlığı aradan qaldırıldıqdan sonra stansiyaya girişə icazə verilib. Hazırda qatarların hərəkətində heç bir problem yoxdur".