Sosial şəbəkədə biz:

Tanınmış riyaziyyatçı donvurmadan öldü - FOTO

25 December 2018, 09:38
Gündəm
Beynəlxalq Şahmat Federasiyasının (FİDE) fəxri üzvü, tanınmış rusiyalı riyaziyyatçı Eduard Dubovu Moskvada don vurub. Oxu.Az “Ren” TV-yə istinadən xəbər verir ki, Dubov dekabrın 23-də gecə saatlarında ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Riyaziyyatçının ətraflarını kəskin şəkildə don vurduğu bildirilir. İlkin məlumatlara əsasən, mərhum hadisə zamanı spirtli içkinin təsiri altında olub. Eduard Dubov -  Moskva Riyaziyyat İcmasının üzvi idi. Şahmatda isə daha çox Sovet reytinq sisteminin yaradılmasına verdiyi töhfələrə görə tanınır. 90-cı illərdə Moskvanın Şahmat Federasiyasının rəhbəri olub.