Sosial şəbəkədə biz:

"Halal" MTK-da FACİƏ: Usta binadan yıxılıb öldü

25 December 2018, 09:57
Gündəm
Abşeronda tikintidə ölüm hadisəsi baş verib. Azinforum.az  Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Saray qəsəbəsi ərazisində qeydə alınıb. Saray qəsəbəsi, Əmirov küçəsində "Halal" MTK şirkətinin inşa etdiyi hündürmərtəbəli yaşayış binasında usta işləyən, 1981-ci il təvəllüdlü Həbibzadə Camal Mircəfər oğlu suvaq işləri apararkən binanın 9-cu mərtəbəsindən yıxılıb. O, hadisə yerində dünyasını dəyişib. Faktla bağlı Abşeron rayon Prokurorluğunda cinayət işi başlanıb.