Sosial şəbəkədə biz:

Gəncədə 28 yaşlı oğlanı küçədə bıçaqlayıb öldürdülər

25 December 2018, 11:48
Gündəm
Gəncədə qətl hadisəsi baş verib. Trend-in məlumatına görə, hadisə şəhərin mərkəzində baş verib. Şəhər sakini, 1990-cı il təvəllüdlü Həsənov Elçin Ədalət oğlu küçədə döş qəfəsindən bıçaqlanıb. Yaralı Gəncə şəhər 3 saylı Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. E.Həsənov aldığı xəsarətlərdən xəstəxanada ölüb. Faktla bağlı Gəncə şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, hadisəni törədən şəxsin tutulması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.