Sosial şəbəkədə biz:

MTN-in sabiq əməkdaşını qadına görə öldürdülər

25 December 2018, 21:59
Gündəm
Bakıda ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) keçmiş əməkdaşı Fariz Vahabovun qətlində şübhəlilərdən biri saxlanılıb. Bu haqda virtualaz.org-a hüquq-mühafizə orqanlarındakı mənbələrdən məlumat verilib. Saxlanılmanın detalları, eləcə də saxlanılanın kimliyi barədə məlumat verilmir. Bununla belə, sayt aydınlaşdıra bilib ki, qətlin motivi, daha əvvəl bildirildiyi kimi, biznes-maraqlarının toqquşması yox, qısqanclıq olub. Xatırladaq ki, cinayət 20 dekabrda F.Vahabovun yaşadığı evin həyətində baş verib. Saat 19:26-da F.Vahabov öz maşınını park edərkən, naməlum şəxs ona bir neçə dəfə atəş açıb. Xüsusi xidmət orqanının üzündən və sinəsindən iki güllə yarası alan keçmiş əməkdaşı hadisə yerində dünyasını dəyişib.