Sosial şəbəkədə biz:

Prezident FHN-in idman-sağlamlıq klubunun açılışında iştirak edib

27 December 2018, 10:39
Gündəm
Dekabrın 27-də Fövqəladə Hallar Nazirliyinin (FHN) idman-sağlamlıq klubunun açılışı olub. "Report" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib. Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov dövlət başçısına raport verib. Prezident İlham Əliyev idman-sağlamlıq klubunun rəmzi açılışını bildirən lenti kəsib, burada yaradılan şəraitlə tanış olub. Fövqəladə hallar naziri Kəmaləddin Heydərov idman-sağlamlıq klubunda yaradılan şərait barədə Prezident İlham Əliyevə məlumat verib.