Sosial şəbəkədə biz:

Elnarə leytenant olduğunu açıqladı

28 December 2018, 12:08
Gündəm
Müğənni Elnarə Xəlilova qonaq olduğu “Gündən günə” proqramında maraqlı açıqlamalar verib. “Qafqazinfo” xəbər verir ki, sənətçi 2018-ci ilin ona düşərli olduğunu, hətta leytenant kimi Dövlət Sərhəd Xidmətində (DSX) çalışdığını bildirib: “Bu ili məhsuldar hesab edirəm. Bu il 5-6 mahnı çıxarmışam, klip çəkdirmişəm. Radioda işə düzəldim, Dövlət Sərhəd Xidmətində solistəm. Həmçinin leytenant olmuşam". Qeyd edək ki, Elnarənin həyat yoldaşı Rövşən Cahangirov DSX-nin mətbuat xidmətinin üzvüdür.