Sosial şəbəkədə biz:

Mükafatlandırma zamanı gözəllik müsabiqəsi qalibinin saçları yandı -VİDEO

30 December 2018, 19:46
Gündəm
“Miss Afrika-2018” gözəllik müsabiqəsinin mükafatlandırma mərasimində gözlənilməz hal baş verib. Virtualaz.org “LifeShot” telegram-kanalına istinadən xəbər verir ki, müsabiqənin qalibi Konqo Demokratik Respublikasından olan 24 yaşlı Kasinde adlı qız seçilib. Lakin mükafatlandırma vaxtı göydən tökülən qığılcımlar qızın saçının alışmasına səbəb olub. Xoşbəxtlikdən, sonradan məlum olub ki, yanan Kasindenin öz saçları yox, parik olub.