Votsap "Nokia S40" seriyasından olan telefonları dəstəkləməyəcək
Votsap messenceri istifadəçiləri sevindirməyəcək bir xəbər ilə gündəmə gəlib.
Kult.az xəbər verir ki, bu gündən etibarən Votsap "Nokia S40" seriyasını dəstəkləməyəcək.
Feysbuk Votsapın 2020-ci ilin fevralın 1-dən Android 2.3.7 və daha əvvəlki versiyaları, eyni zamanda İOS 7 əməliyyat sistemi ilə işləyən "Ayfon"ları da dəstəkləməyəcəyini açıqlayıb.