Sosial şəbəkədə biz:

Türkiyədə əvvəl biləklərini doğrayan, ardınca oteldən özünü atan Hüseynov kimdir...

03 January 2019, 11:39
Gündəm
Türkiyənin Yalova şəhərindəki otellərdən birinin müştərisi, 30 yaşlı Azərbaycan vətəndaşı H.Hüseynov intihar edib. Virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, həmin şəxs əvvəlcə qaldığı otağın hamamında şüşə parçaları ilə biləklərini kəsib. Daha sonra 3-cü mərtəbədən balkona çıxaraq özünü aşağı atıb. Hüseynov küçədəki dönərçinin üstünə düşüb, ətrafdakılar ona yardım etməyə çalışıb və təcili yardım çağırıblar. Təcili yardımla Yalova Dövlət Xəstəxanasına aparılan Azərbaycan vətəndaşı orada həkimlərin müdaxiləsinə baxmayaraq keçinib. Həmin şəxsin əvvəllər hansısa cinayət törətdiyi bildirilir. Prokurorluq təhqiqat başladıb. Yalova valisi Muammer Erol hadisə ilə bağlı bildirib ki, Cümhuriyyət küçəsində yerləşən oteldəki 306 nömrəli otağında Azərbaycan vətəndaşı H.Hüseynov əvvəlcə hamamdakı güzgünü sındıraraq şüşə parçaları ilə biləklərini kəsib. Daha sonra 3-cü mərtəbədən özünü ataraq intihar edib. Ağır yaralanan şəxs xəstəxanaya aparılsa da orada keçinib.“Şəxsin qaldığı otağın qapısı içəridən qıfıllı olub, pəncərin zorla açıldığına dair izlərə rast gəlinməyib”-vali bildirib. Hüseynovun özünü aşağı atması yaxınlıqdakı videomüşahidə kameraları tərəfindən qeydə alınıb.