Sosial şəbəkədə biz:

Bakıda süpürgəçilərə xüsusi geyimlər veriləcək

05 January 2019, 16:12
Gündəm
“Bakıya məişət tullantılarının daşınması və küçələrin süpürülməsi üçün yeni texnikalar gətiriləcək” Bu barədə AzVision.az -a açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov bildirib. Qurum rəsmisi deyib ki, bununla da təmizlik işlərində əl əməyi qismən aradan qaldırılacaq: “Təbii ki, əl əməyi tam aradan qaldırılmayacaq. Çünki küçəni maşın süpürə bilir. Amma, səkini, həyətləri, dalanları maşın süpürə bilmir”. İ.Kərimov, həmçinin vurğulayıb ki, təmizlik işçilərinin əmək fəaliyətinin yaxşılaşdırılması ciddi nəzarətdədir: “Təmizlik işçiləri yeni, o cümlədən sutkanın qaranlıq vaxtında çalışmaları üçün xüsusi geyimlərlə təmin olunacaq”.