Sosial şəbəkədə biz:

Milyonçunun arvadını qaçırdılar - 9 milyon istəyirlər

09 January 2019, 15:53
Gündəm
Norveçdə ölkənin ən zəngin insanlarından olan milyoner Tom Hagenin həyat yoldaşı oğurlanıb. “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, milyonerin 68 yaşlı arvadı Anna Yelizabet Falkevik Hagen dekabrın 31-də yaşadığı evdən qaçırılıb. Cinayətkarlar qadını geri qaytarmaq üçün 9 milyon avro dəyərində kriptovalyuta tələb ediblər.
Polis ailəyə tələbi yerinə yetirməməsini məsləhət görüb. Qadının axtarışına nəinki polis, həmçinin kriminal polis, Avropol və İnterpol da qoşulub.