Sosial şəbəkədə biz:

Xoşqədəm rəsmən ANS-də

“Xoşqədəm Hidayətqızı bu gündən ANS televiziyasında işə başlayır”. Qafqazinfo” xəbər verir ki, bu haqda məlumatı aznews.az-a ANS-dən bildiriblər. ATV telekanalından ayrılan məşhur aparıcının ANS-ə öz komandası ilə getdiyi deyilir. Mənbə bildirir ki, dünən - bazar günü də Xoşqədəm Hidayətqızı ANS televiziyasına gəlib: “Hazırda onun aparacağı yeni verilişin incəlikləri müzakirə edilir. Məsləhət bilinib ki, “Səni axtarıram” verilişinin adı ATV-yə məxsus olduğundan bu veriliş ANS-də başqa adla efirə getsin. Yeni veriliş həftədə iki dəfə (şənbə və bazar günləri) efirdə yayımlanacaq”. Qeyd edək ki, ATV-də yayımlanan “Səni axtarıram” verilişinin aparıcısı Xoşqədəm Hidayətqızı bu kanaldan ayrılıb. Bu isə müxtəlif söz-söhbətlərin yaranmasına səbəb olub. Aparıcının bu gün olayla bağlı mətbuat konfransı keçirəcəyi gözlənilir.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol