Sosial şəbəkədə biz:

Oğluna rüşvətlə iş axtaran polis rəisinin müavini dələduzluqla üzləşib

Azərbaycanda polis rəisinin müavini dələduzluq hadisəsi ilə üzləşib. "Report"un məlumatına görə, Sumqayıt Şəhər Mühafizə İdarəsinin rəis müavini Novruz Mikayılov oğlunu hüquq-mühafizə orqanlarında işə düzəltmək məqsədilə Yaşar Sərdar oğlu Həbibovla razılığa gəlib. Həmin şəxsə 16 min manat pul verən rəis müavini bir neçə ay gözləyəndən sonra oğlunun işə düzəlmə məsələsinin alınmadığını görüb. Bu səbəbdən N.Mikayılov Y.Həbibovun qanunsuz əməlləri barədə hüquq-mühafizə orqanlarına məlumat verib. Bundan sonra rəis müavininin 8 min manat pulu Y.Həbibov tərəfindən geri qaytarılıb. Rəis müavininə dəyən ziyanın tam ödənilməsi istiqamətində araşdırmalar davam etdirilir.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol