Sosial şəbəkədə biz:

"Nurgun Motors"un əmlakı siyahıya alındı

Vergilər Nazirliyi "Nurgun Group"a daxil olan "Nurgun Motors"un əmlakını siyahıya alıb.

Bu barədə “APA-Economics”ə Vergilər Nazirliyinin Analitik informasiya şöbəsindən məlumat verilib.
“Nurgun Motors”un vergi borcları ilə əlaqədar, əmlakın siyahıya alınması tədbirləri həyata keçirilib. Şirkətə borcların qısa müddətdə ödənilməli olduğu ilə bağlı xəbərdarlıq olunub", - deyə nazirlik rəsmisi qeyd edib.
Borcun həcmi açıqlanmır.
Nazirlik rəsmisi bildirib ki, borc ödənildikdən sonra şirkət fəaliyyətini bərpa edə bilər.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol