Sosial şəbəkədə biz:

Alim Qasımovun oğlu qəzaya düşdü - 3 yaralı

Xalq artisti Alim Qasımovun oğlu avtomobil qəzasına uğrayıb.

 

"Kanal S" (Region TV) məlumat verir ki, hadisə Bakı-Şamaxı-Yevlax magistral yolunun 119-cu km-liyində, Şamaxı rayonunda baş verib. Belə ki, yolun ortasında manevr edərək əks yola keçmək istəyən "İsuzu" markal avtobus arxadan gələn "Mercedes" markalı minik avtomobili ilə toqquşub. Avtomobilinin sürücüsü A.Qasımovun oğlu Qadir Qasımov yüngül xəsarət alıb. Avtobusun sürücüsü Vidadi İsgəndərov və sərnişini isə Şamaxı Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Onların vəziyyəti normaldır. Faktla əlaqədar Baş Dövlət Yol Polis İdarəsində araşdırma aparılır. Hadisənin dəqiq səbəbləri aparılacaq avtoekspertizanın rəyindən sonra müəyyənləşəcək.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol