Sosial şəbəkədə biz:

Azərbaycanda deputat qondarma erməni soyqırımı gününə toy təyin etdi

Milli Dirçəliş Hərakatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyevin oğlunun toyu olacaq. “Qafqazinfo” xəbər verir ki, deputat oğlu Nikbin Quliyevin toy mərasimini 24 aprel- ermənilərin qondarma soyqırımı gününə salıb. “Xudafərin” şadlıq sarayında keçiriləcək toya deputatlar, ictimai siyasi xadimlər dəvət olunub. Millət vəkili Fərəc Quliyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, toy günü üçün 24 aprel tarixini seçməsi təsadüfi deyil: “Mən bu tarixi  bilərəkdən seçmişəm. Toy dəvətnamələrinin də üzərinə yazdırmışam ki, "düşmənlərimiz nə qədər zəif düşsə, biz həmin günləri qeyd etməliyik". Hər məsələyə siyasi ritorika verməyi bacarmalıyıq”.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol