Papa “erməni soyqırımı”nın 100 illiyinə gəlməkdən imtina etdi
Roma papası I Fransisk uydurma “erməni soyqırımı”nın 100 illik yubileyinə qatılmaq üçün Ermənistana səfər etməyəcək. Virtualaz.org saytı erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Eçmiədzinin konfessiyalararası münasibətlər şöbəsinin müdiri, yepiskop Ovakim Manukyan deyib. O.Manukyanın sözlərinə görə, Roma papası Ermənistana 2016-cı ildə səfər edəcək. “Şübhə yoxdur ki, Roma papası Ermənistana gələcək, amma bu ilin aprelində yox, 2016-cı ildə. Bizim Roma papasını 24 aprel tədbirlərinə dəvət etməyimiz barədəki məlumatlar doğru deyil” - deyə O.Manukyan vəziyyətə aydınlıq gətirməyə çalışıb.