Sosial şəbəkədə biz:

İsrail Trampın Qolan yüksəkliləri haqqında imzalayacağı sənədin tarixini elan edib

25 March 2019, 10:45
Gündəm

İsrail xarici işlər naziri İsrael Kats Trampın Qolan yüksəkliləri haqqında imzalayacağı sənədin tarixini elan edib.

Trend-in məlumatına görə, bu barədə nazir Twitter-də yazıb.

Katsın veridiyi məlumata əsasən, Tramp müvafiq sənədi 25 martda Netanyahunun işitrakı ilə imza atacaq.“İsrail-ABŞ əlaqələri hər zamankindən daha güclüdür”, - deyə Kats qeyd edib.