Sosial şəbəkədə biz:

Bakı-Gəncə qatarından istifadə edənlərə ŞAD XƏBƏR - Gediş haqqı 50% endirildi

05 April 2019, 19:19
Gündəm

Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarının Biznes yerlərinə Bakıdan-Gəncə-Bakı istiqamətində gediş haqqı 08.04.2019-cu il tarixdən etibarən 50 manatdan 25 manata endirilir. 

Bu barədə Unikal.org-a  “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Bildirilib ki, standart və birinci klass yerlərinə gediş haqqı dəyişilmədən saxlanılir.