Sosial şəbəkədə biz:

İranla nüvə danışıqları aprelin 21-də bərpa olunacaq

 

İran bildirir ki, nüvə proqramı üzrə yekun sazişlə bağlı altı ölkə ilə danışıqlar aprelin 21-də bərpa olunacaq.
İranın xarici işlər naziri Mohammad Javad Zarif aprelin 14-də Madriddə deyib ki, tərəflər daimi sazişin “mətnini hazırlamağa” başlayacaqlar.
Danışıqlar İran, Avropa Birliyi, Fransa, Britaniya, Almaniya, Çin, Rusiya və ABŞ təmsilçiləri arasında aparılır.
Zarif danışıqların yerini açıqlamayıb.
Tərəflər ilki razılaşmanı aprelin 2-də İsveçrənin Lozanna şəhərində əldə ediblər. Yekun saziş isə iyunun 30-dək razılaşdırılmalıdır.
Zarif deyib ki, “”sazişə yaxınıq”, ancaq əlavə edib ki, “Birləşmiş Ştatlar və Avropadakı dostlarımızdan bəziləri” sanksiyaların qaldırılması məsələsində mövqeyini dəyişməlidir.
Zarif-in sözlərinə görə, başqa ölkələrdə belə edərsə, İran nüvə proqramıyla bağlı “qarşısıalınmaz addımlar” atacaq ("Azadlıq" radiosu).


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol