Sosial şəbəkədə biz:

Zülfiyyə Xanbabayevanın evini SOYDULAR

08 April 2019, 16:23
Gündəm

Xalq artisti Zülfiyyə Xanbabayevaya qarşı oğurluq edilib. 

Azinforum.az ONA-ya istinadən xəbər verir ki, müğənni faktla bağlı polisə müraciət edib.

Hadisəni törətməkdə təqsirləndirilən Şirinova Əntiqə Nəriman qızı saxlanılaraq, cinayət məsuliyyətinə cəlb edilib. Məlumata görə, o, Z. Xanbabayevanın evindən qızıl-zinət əşyaları və pul oğurlayıb. Onun cinayət işi baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.

Hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclası aprelin 18-nə təyin edilib.

Müğənni, məlumatı təkzib edərək, bu barədə danışmaq istəmədiyini deyib.