Sosial şəbəkədə biz:

Ali Məhkəmənin hakimi canlı yayımda sualları cavablandıracaq

08 April 2019, 20:19
Gündəm

Prezident İlham Əliyevin fərmanı ilə məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsi mövzusunda canlı yayım təşkil olunacaq.

Ali Məhkəmənin hakimi Sənan Hacıyev aprelin 9-u saat 11:00-da sosial şəbəkədə canlı yayıma qoşularaq islahatlar haqda danışacaq.

Sənan Hacıyevin canlı yayımı "ProDemos" səhifəsində yayımlanacaq. Canlı yayımda hər bir vətəndaş hakimə suallar üvanlaya və cavab ala biləcək.