“Elina ilə danışan icra başçısının müavinidir” - ŞOK AÇIQLAMA -VİDEO
Əməkdar artist Röya Ayxan 162 saylı tam orta məktəbdə özünü öldürən Elina Hacıyeva ilə bağlı paylaşım edib.
Müğənni E. Hacıyeva ilə söhbət edən xanım Səbail rayon İcra
Hakimiyyəti (BŞİH) başçısının birinci müavini Xalidə Bayramova olduğu
qeyd edib:
"Əgər müğənnilik və eşitmə duyumuma güvənirəmsə, bu, çoxlarının
tanıdığı Xalidə xanımın səsidir. Ay gözəl xanım, bu sualın yeri idi?
Uşağı sürücünüzlə xəstəxanaya çatdırmaq əvəzinə şəraiti soruşursuz. Mən
də belə böyüdüm, 5-ci sinifdə məktəb direktorunun ayaqqabısını geyinib
dərsə getdim. Çox şükür ki, ona və o günə… Boşanan ailənin qızı idim.
Şükür ki, bu sualları yağdırana əyilmədim. Bəyənməsələr də ayaqda qalıb
şəxsiyyət oldum. Amma hamı güclü deyil. Baxmayaraq ki, hərdən buna siz
bizi məcbur edirsiz”.
