Fəzail Ağamalı seçiciləri ilə görüşdü
Fəzail Ağamalı deputat seçildiyi Salyan rayonunun Qarabağlı, Qaraçala, Kərimbəyli, Yolüstü, Varlı və Xalac inzibati ərazisində seçicilərlə görüş keçirmişdir.
Azinforum.az xəbər verir ki, görüşdə ölkəmizdə həyata keçirilən islahatlar və Salyan rayonunda aparılan abadlıq-quruculuq işləri və seçiciləri maraqlandıran suallar ətrafında müzakirələr aparılmışdır.
Deputat 13 kəndin 22 min əhalisini əhatə edən 32 km-lik Salyan-Şirvan avtomobil yolunun müasir tələblər səviyyəsində çəkilişilə də tanış olmuşdur.
Görüş iştirakçıları illərdən bəri çətin vəziyyətdə olan yolun fundamental təmiri və çəkilişilə bağlı ölkə prezidentinə dərin minnətdarlığını bildirmişlər.