Sosial şəbəkədə biz:

Qurban Qurbanov: "Evdə qol buraxmadan qalib gəlmək üstünlükdür"

23 April 2019, 21:03
Gündəm

“Evdə qol buraxmadan qalib gəlmək üstünlükdür. Cavab oyununa daha ciddi hazırlaşacağıq”.

“Report” xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Kubokunun yarımfinal mərhələsində “Qəbələ”yə səfərdə 0:1 hesabı ilə uduzduqlar ilk oyununda sonra söyləyib.

47 yaşlı mütəxəssisin sözlərinə görə, səfərdə qələbə qazanmaq istəsələr də, rəqibin ciddi müqaviməti ilə üzləşiblər: “Cari çempionatda “Qəbələ”yə 4 oyunda qalib gəlsək də, heç də asan başa gəlməmişdi. Bu gün bunu göstərdilər. Rəqib müsbət nəticə əldə etdi. Çox istəyirdik qalib gələk, ancaq alınmadı”.

Qeyd edək ki, cavab oyunu mayın 1-də keçiriləcək.