Sosial şəbəkədə biz:

15 tondan çox Azərbaycan pomidoru Rusiyaya buraxılmadı

30 April 2019, 10:05
Gündəm

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (“Rosselxoznadzor”) Azərbaycandan Rusiyaya aparılan külli miqdarda pomidoru ölkəyə buraxmayıb.

“Qafqazinfo”nun qurumun saytına istinadən verdiyi xəbərə görə, “Rosselxoznadzor”un Dağıstan bölməsinin müfəttişləri “Yaraq-Qazmalyar” beynəlxalq buraxılış-yoxlama məntəqəsində Azərbaycandan gələn 15,5 ton pomidoru saxlayıb.

Laboratoriya müayinələri üçün götürülmüş təzə pomidor nümunələrində Cənubi Amerika pomidor güvəsi adlı zərərverici aşkar edilib. Buna görə də məhsulun geri qaytarılmasına qərar verilib.

Qeyd olunur ki, bu zərərli güvə kartof, badımcan, tütün və digər bitkilərə zərər verir.