Sosial şəbəkədə biz:

"Faizlə pul qazanan, alkoqollu məhsul istehsal edənlər həccə gedir, iftar verirlər..."

29 May 2019, 11:07
Gündəm

Qəribə hadisələr baş verir. Faizlə pul qazanan, alkoqollu məhsul istehsal edənlər həccə gedir, iftar verirlər, Gündüz spirtli içki satan restoranlar axşam iftar menyusu təklif edir, ötel və restoranında Azərbaycan yeməklərini axırıncı yerdə tutanlar millilikdən dəm vurur. Əsgərlikdə olmayanlar vətənpərvərlikdən danışır. Yenə də özünü bu millətin aristokratı göstərmək istəyənlər cümlələrinə rus ya da ingilis sözləri qatıb danışırlar. Mollalarımız danışanda elə bilirsən ki bu ya farsdı. ya ərəb, çünki, dilimizi onların ləhcəsiylə danışırlar. Yaxından baxanda görürsən ki, yox, bizimkilərdəndir, qalırsan mat - məəttəl. 
A kişılər, mən "Tarixi Nadir" kitabını yarısınacan oxumuşam, amma bu işlərdən bir şey başa düşmürəm. Bəlkə içinizdə bir bilən var, bizi də başa salsın.
Tahir Əmiraslanov, Milli Kulinariya Mərkəzinin direktoru