Maştağa sakini 1 tona yaxın narkotiklə tutuldu - FOTOLAR
Daxili işlər
orqanları tərəfindən kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli
bitkilərin aşkar edilməsi istiqamətində tədbirlər uğurla davam
etdirilir.
Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Azvision.az
-a verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsi 14-cü Polis
Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri
nəticəsində narkotik vasitələrin kultivasiyası ilə məşğul olmaqda
şübhəli bilinən Maştağa qəsəbə sakini Əhməd Quliyev saxlanılıb.

Ona
məxsus bağ evinin həyətindəki ümumi sahəsi 880 kvadratmetr olan 2 ədəd
istixanaya baxış keçirilən zaman kultivasiya yoli ilə yetişdirilən
çəkisi 921 kiloqram olan 4021 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.

Ə.Quliyev
ifadəsində narkotik tərkibli bitkiləri bir müddət əkdiyini və xüsusi
qulluq etdiyini etiraf edib. Saxlanılan şəxsin məqsədi isə çətənə
kollarını qurudandan sonra satmaq olub. İstintaq zamanı Ə.Quliyevin
paytaxt və eləcə də bölgələrdə narkotik maddələrin satışını həyata
keçirən narkotacir olduğu məlum olub.
Faktla bağlı 14-cü Polis
bölməsində toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinin İstintaq
şöbəsinə göndərilib. Əməliyyat-axtarış və istintaq tədbirləri davam
etdirilir.
