"Prostoy vətəndaş" kimi tanınan Akif Məmmədov Hollandiyadan Orduxanı istəyir-VİDEO
Çəmiyyətdə "Prostoy vətəndaş" kimi tanınan Akif Məmmədov Niderlandın Bakıdakı səfirliyi önündə təkbaşına etiraz aksiyası keçirib. Akif Məmmədov məkanı təsadüfən seçilmədiyini bildirib. Onun sözlərinə görə, Azərbaycanın dəyərlərini, simvollarını təhqir etməyi özünə şərəfli peşə seçən Orduxan Temirxan həmin ölkədə yaşadığı üçün, məhz həmin dövlətdən "blogerin" cəzalandırılmasını və ya Azərbaycana təhvil verilməsini tələb edib. Akif Məmmədov aksiyalarını davamlı şəkildə, müxtəlif fərqli məkanlarda keçirəcəyini də bəyan edib. Azinforum.az aksiyadan çəkilən videoları təqdim edir.